ResearchBib Share Your Research, Maximize Your Social Impacts
Sign for Notice Everyday Sign up >> Login

ÜMUMTÜRK ƏDƏBİYYATINDA “DASTAN” ANLAYIŞI Aynur

Journal: ULUSLARARASI TÜRK LEHÇE ARAŞTIRMALARI DERGİSİ (TÜRKLAD) International Journal Of Turkic Dialects Research Международный Журнал Исследований Тюркских Наречий (Vol.3, No. 1)

Publication Date:

Authors : ;

Page : 133-139

Keywords : Dastançılıq; Mif Yaradıcılığı; Türk Eposu; Cəngavərlik Həyatı; Türkün Həyat Tərzi;

Source : Downloadexternal Find it from : Google Scholarexternal

Abstract

Dastançılıq xalqın bir neçə əsrlik milli-məişət həyatını gözəllik və əlvanlığı, təzad və ziddiyyətləri ilə özündə əks etdirən öncül bədii düşüncənin məhsuludur. Epik ənənə sadə təhkiyəçilikdən peşəkar ifaçılığa qədər inkişaf yolu keçmiş, milli dastan yaradıcılığı üçün erkən zəmin hazırlamışdır. Tədqiqatçılar mif formulalarını “qədim türk dastanı” vahidi kimi qəbul edib, dastan mətni kimi tədqiqata cəlb edirlər. Qədim türkün epik təfəkküründə daha qüdrətli bir yaradıcılıq ənənəsi –xalq nəsri formalaşmışdı. Baxşı yaradıcılığının yekunu kimi Mərkəzi Asiya eposu yaddaşda hələ yekunlaşıb başa çatmamışdır. Bu regionun eposçuluq ənənəsindəki epik-romantik yaradıcılıq üslubu sonrakı dövr dastan yaradıcılığı üçün eyni, oxşar və analoji koordinatlarda davam etməkdədir. “Dastan” sözü çoxmənalı söz kimi bacarıq, məharət, hiylə nümayiş etdirən, həm də qəhrəmanlıq, sevgi macərasını əks etdirən əhvalat deməkdir. Bir istilah kimi bu söz musiqi havası, melodiya və b. mənalarda işlənməkdədir. Qədim Türk dastanı əsasən e.ə I minilliyin ortalarında meydana çıxmışdır. Lakin epos ənənəsinə uyğun olaraq, daha qədim dövrlərin hadisələri, ictimai, etnik, estetik əhval-ruhiyyəsi də onlarda öz əksini tapmışdır. Məqalədə türk epos mədəniyyətinin üç mərhələsindən ( Qədim, Orta əsrlər, Yeni dövr türk epos mədəniyyətindən bəhs olunur. Türk-oğuz epik ənənəsinin əsas daşıyıcısı olan oğuznamələrin erkən orta çağlardan başlayaraq Şərq-islam konteksti daxilində öz əvvəlki fəal tarixi mövqeyini itirdiyi vurğulanır.

Last modified: 2019-06-21 18:44:04