ResearchBib Share Your Research, Maximize Your Social Impacts
Sign for Notice Everyday Sign up >> Login

PROF. DR. BƏKİR ÇOBANZADƏNİN DİLÇİLİK ARAŞDIRMALARINDA SÖZ YARADICILIĞI MƏSƏLƏLƏRİ

Journal: ULUSLARARASI TÜRK LEHÇE ARAŞTIRMALARI DERGİSİ (TÜRKLAD) International Journal Of Turkic Dialects Research Международный Журнал Исследований Тюркских Наречий (Vol.3, No. 1)

Publication Date:

Authors : ;

Page : 144-159

Keywords : B. Çobanzadə; Türk Dilləri; Azərbaycan Dili; Söz Yaradıcılığı; Leksik Şəkilçilər; Arxaik Şəkilçilər; Etimologiya.;

Source : Downloadexternal Find it from : Google Scholarexternal

Abstract

Türk dillərinin, o cümlədən Azərbaycan dilinin tarixi və müasir vəziyyəti haqqında ətraflı tədqiqatlar aparmış Bəkir Çobanzadənin elmi yaradıcılığında önəmli yer tutan məsələlərdən biri də Türkcənin leksik-semantik sistemidir. Elmi məsələlərə daha çox problematik tərzdə yanaşan B. Çobanzadə Türkcənin leksik-semantik sistemi ilə bağlı araşdırmalarını sistemli şəkildə aparmışdır. Bu istiqamətdə B. Çobanzadə Azərbaycan dilində leksikanın inkişaf tarixinə diqqət yetirmiş, onu digər Türk dilləri ilə müqayisəli şəkildə tədqiqata cəlb etmişdir. B. Çobanzadənin Türk dillərinin, o cümlədən Azərbaycan dilinin leksikasının öyrənilməsi istiqamətində önəm verdiyi məsələlərdən biri də söz yaradıcılığı prosesidir. Bu baxımdan müəllif öz tədqiqlərində Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində leksik şəkilçilərin roluna daha geniş yer ayırmışdır. B. Çobanzadə Azərbaycan dilində söz yaradıcılığının üç yolunu göstərmişdir: a) leksik şəkilçilər vasitəsilə; b) iki sözün birləşməsi yolu ilə; c) əcnəbi sözləri nümunə götürərək onlara uyğun söz yaratmaqla - kalka üsulu ilə. Görkəmli Türkoloq morfoloji yolla söz yaradıcılığından bəhs etmədən öncə, ilk növbədə, kök və şəkilçi anlayışlarına aydınlıq gətirmiş, onların fərqli xüsusiyyətlərinin və dildəki funksiyalarının izahını vermiş, yeri gəldikcə, dilin dərin qatlarına baş vuraraq, bəzi morfemlərin tarixi-müqayisəli təhlilini aparmışdır. Özü də bu təhlillər təkcə Azərbaycan dili üzərində yox, Türk dilləri kontekstində aparılmışdır. Qeyd edək ki, dilçi alim arxaik şəkilçilərdən bəhs edərkən sözlərin morfem tərkibinin etimoloji aspektdən izahını verməmiş, sadəcə şəkilçilərin adını çəkməklə onlara aid nümunələr təqdim etmişdir. Bu mənada, məqalədə B. Çobanzadənin təqdim etdiyi bir çox arxaik şəkilçilər: -saq, -sək, -çın, -çin, -ca2 , -ça2 , -ğaul, - qaul, -taq, -tuq və s. morfemlər müasir Türkoloqların fikirləri ilə müqayisəli şəkildə təhlil və tədqiq olunur.

Last modified: 2019-06-21 18:47:43